• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Taliban”dan qaçqın əfqanlara ÇAĞIRIŞ

DÜNYA

18 Dekabr 2021 | 23:08

“Taliban”dan qaçqın əfqanlara ÇAĞIRIŞ

Əfqanıstandakı “Taliban” hökuməti ölkədə təhlükəsizlik və əmin-amanlığın bərqərar olduğunu, qaçqın olan əfqanların öz evlərinə qayıda biləcəyini bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Beynəlxalq Miqrantlar Günü” münasibətilə Kabildə keçirilən proqramda deyilib.

"Biz geri qayıtmağa çağırırıq. İndi Əfqanıstanda sülh var. Hər kəs amnistiyadan istifadə edib ölkəyə qayıda bilər", - “Taliban” hökumətinin baş nazirinin müavini Məhəmməd Həsən Axundun nesajında qeyd edilib.

“Taliban” administrasiyasının qaçqınlar və qayıdışlar nazirinin müavini Muhammed Arsalan Harotay çıxışına miqrasiyanın qarşısının alınmasında ölkəsinə maliyyə dəstəyi verən dövlətlərə təşəkkür edib:

"Ölkədən köçən milyonlarla əfqanın geri dönməsini gözləyirik. “Taliban” rəhbərliyi biometrik sistemin daxilində və xaricində əfqan immiqrantlar üçün istifadə ediləcəyi bir məlumat emalı mərkəzi qurmağı planlaşdırır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026