Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 162 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.
Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 64 935 nəfər COVID-19 infeksiyasına yoluxub, 72 106 nəfər isə sağalıb.
















