• Bakı 24° C

    7.1 m/s

Ərini çəkiclə öldürüb cəsədini hissələrə ayırdı

DÜNYA

16 Fevral 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

Ərini çəkiclə öldürüb cəsədini hissələrə ayırdı

Krasnoyarskda 50 yaşlı rusiyalı qadın ərini öldürüb bədənini müxtəlif hisslərə parçadığına görə 6 il həbs cəzası alıb.

Bakıvaxtı.az kp.ru-ya istinadən xəbər verir ki, məhkəmənin müəyyən etdiyi kimi, 2018-ci ilin avqustunda cütlük Jukovka kəndindəki bağ evində olub. Verandada onların arasında mübahisə yaranıb və bu, ciddi münaqişəyə çevrilib. Qəfil qadın çəkici götürərək ərinin əvvəlcə başına, sonra isə qarnına vurub. Nəticədə kişi ölüb. Ərini axtaracaqlarını anlayan qadın meyiti parçalara ayırıb.

Qalıqların bir hissəsi həyətdə basdırılıb, bir hissəsi isə təndirdə yandırılıb. Polis əməkdaşları onun axtarışına gələrkən əməliyyat-axtarış tədbirləri zamanı mərhumun meyitinin qalıqlarını tapmağa nail olublar. İstintaq zamanı təqsirləndirilən şəxs ittiham olunduğu cinayətdə özünü təqsirli bilib və bu hal məhkəmə tərəfindən hökm çıxarılarkən nəzərə alınıb.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026