• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ən yaxşısı Rusiya ilə birbaşa..." - Stoltenberq

DÜNYA

16 Fevral 2022 | 21:40 | Müəllif: Subhan Mahmudov

"Ən yaxşısı Rusiya ilə birbaşa..." - Stoltenberq

Rusiya ilə raket və hücum silahlarını müzakirə etməyin ən yaxşı yolu birbaşa danışıqlardır.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

“NATO Rusiyanı təhdid etməyən müdafiə ittifaqıdır. Biz Rusiyanın təhlükəsizlik problemlərini müzakirə etmək, silahlara nəzarət mövzusunu nəzərdən keçirmək üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduğumuz barədə illər və aylardır danışırıq. Əgər onlar raketlərdən və hücum silahlarından narahatdırlarsa, o zaman bunu həll etməyin ən yaxşı yolu raketlərin sayını necə azalda biləcəklərini müzakirə etmək üçün danışıqlar masasına oturmaqdır. Biz bunu əvvəllər də etmişik, Rusiya ilə razılaşmalar əldə etmək olar”, - Stoltenberq qeyd edib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026