London meri Sadiq Xan fövqəladə vəziyyət elan edib.
Bakıvaxtı.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, buna səbəb şənbə günü koronavirusun "omikron" ştamı ilə yoluxma hallarının artmasıdır. Xəbərə görə, bu tendensiya şəhər xəstəxanalarının yaxın gələcəkdə xəstələrlə dolmasına səbəb ola bilər.
Mer ekspertlərlə məsləhətləşdikdən sonra bu qərara gəlib. Qeyd edilib ki, son günlər Britaniya paytaxtında COVID-19-a yoluxmuşlar arasında xəstəxanaya yerləşdirilənlərin sayında artım var.
Nuranə Daxilqızı
















