Koronavirusun "omikron" ştamının daha çox hansı ölkələrdə yayıldığı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində yer alıb.
Qeyd edilib ki, "omikron" "əhali arasında immuniteti yüksək olan" ölkələrdə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, böyük ehtimalla koronavirusun icmadaxili ötürülməsinin müşahidə olduğu yerlərdə “omikron” “delta” ştamını üstələyəcək.
















