"Kiyev üçün təhlükəsizliyin ən yaxşı və ucuz təminatı Ukraynanın NATO-ya daxil olması və təşkilatın nizamnaməsinin kollektiv təhlükəsizliklə bağlı beşinci maddəsinin uzadılması ola bilər".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
O, bildirib ki, alyansın nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlardan yaxşı heç nə yoxdur.
"NATO Nizamnaməsinin 5-ci maddəsində kollektiv müdafiə prinsipinə görə, blokun bir və ya bir neçə üzvünə silahlı hücum qalan müttəfiqlər tərəfindən bütövlükdə alyansa hücum kimi qəbul edilir. Ukraynada sülh istəyiriksə, bizim başqa seçimimiz yoxdur", - deyə nazir qeyd edib.
Gülşən Şərif