• Bakı 10° C

    9.58 m/s

  • USD - 1.7

    EUR - 1.8104

    RUB - 0.0223

Litvadakı soydaşlarımız İranın ölkəmizə qarşı yolverilməz davranışını pisləyib

SİYASƏT

29 Yanvar 2023 | 17:37

Litvadakı soydaşlarımız İranın ölkəmizə qarşı yolverilməz davranışını pisləyib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı Litvada yaşayan soydaşlarımızı hiddətləndirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib. İcmamızın bu terror aktının İranın xüsusi xidmət orqanları tərəfindən törədilməsinə şübhə etmədiyi bildirilib.   

Soydaşlarımız Litva ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsinə görə etiraz səsini ucaltmağa dəvət edib. Regionda sülh və sabitlik prosesinin əleyhinə yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görülməsinin vacibliyinə diqqət cəlb olunub.


SON XƏBƏRLƏR

20 Mart 2023