• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Lavrov Tehrandakı səfirliyimizə hücumdan DANIŞDI

SİYASƏT

28 Fevral 2023 | 16:07

Lavrov Tehrandakı səfirliyimizə hücumdan DANIŞDI

“İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “21-ci əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında deyib.

Nazir vurğulayıb ki, Rusiya-Azərbaycan-İran üçtərəfli formatının normal gələcəyi var:

“Rəsmi Moskva bu formatın bərpasına töhfə verməyə hazırdır. Pandemiya dövründən əvvəl Rusiya-Azərbaycan-İran üçtərəfli formatı uğurla fəaliyyət göstərirdi. Düşünürük ki, onun yaxşı gələcəyi var. İndi biz maraqlıyıq ki, iranlı həmkarlarımız Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görsünlər. Biz bu problemin həllinə kömək etməyə çalışacağıq”.

S.Lavrov 3+3 formatında daha bir regional əməkdaşlıq platformasından danışaraq bildirib ki, ikinci görüşə hazırlıq gedir:

“3+3 platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşıb. Bu mexanizmin yalnız bir iclası keçirilib. Gürcüstan isə iştirakdan yayınıb. Lakin biz razılaşdıq ki, Tbilisi üçün qapını həmişə açıq saxlayaq. Bu, hazırkı mərhələdə ikinci görüşün hazırlanması kontekstində tamamilə aktual olaraq qalır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026