• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Müharibə qısa zamanda başa çatarsa... - Deputat region iqtisadiyyatının perspektivindən danışdı

SİYASƏT

30 Mart 2023 | 14:43

Müharibə qısa zamanda başa çatarsa... - Deputat region iqtisadiyyatının perspektivindən danışdı

Rusiyanın Ukraynaya hücumu dünyanın COVID-19 böhranından sonra bərpa olmağa və əvvəlki rifah artımı templərinə qayıtmasına mane oldu. Əldən buraxılmış imkanlar təkcə bu il ən azı bir trilyon dollar qiymətləndirilir.

Beləliklə, müharibənin davam etməsi dünya iqtisadiyyatında böhrana, süni qiymət artımına, ərzaq təhlükəsizliyinə səbəb olur.

Maraqlıdır, sözügedən müharibə başa çatarsa, dünya iqtisadiyyatı yenidən canlana bilərmi?

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakıvaxtı.az-a danışıb.

Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünyaya, eləcə də qlobal iqtisadiyyata mənfi təsir göstərdi və bu təsirlər hələ də qalmaqdadır:

“Düzdür, inkişaf etmiş ölkələr bu təsirləri minimumlaşdırmağa çalışdılar. Lakin yenə də nəzərə almaq lazımdır ki, müharibə davam etdikcə, onun neqativ təsirləri də qalacaq”.

Onun sözlərinə görə, sözsüz, müharibənin başa çatması və iqtisadi əlaqələrin yenidən bərpa edilməsi dünya və region iqtisadiyyatına müsbət təsir göstərəcək:

“Ona görə də, əgər müharibə qısa zamanda başa çatarsa, ərzaq təhlükəsizliyi və təminatı baxımından müsbət addım olar. Çünki Rusiya və Ukrayna regionda bir sıra ərzaq məhsullarının istehsalına və ixracatına xüsusi paya malik olan ölkələrdir. Ona görə də, bəli, müharibə bitərsə, dünya iqtisadiyyatı da canlanmış olar”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

18 Aprel 2024