• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Lavrovun “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir"

SİYASƏT

28 Fevral 2023 | 15:02

"Lavrovun “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir"

"Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu  Rusiya xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Sergey Lavrov Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır: “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

Ükspertə görə, Lavrov bununla demək istəyib ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır: "Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir. Bu problemi həll etməyəcək. Biz Kremlin nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR