• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Lotereyaları baha qiymətə satanlar saxlanıldı - FOTO

CƏMİYYƏT

30 Yanvar 2023 | 10:55

Lotereyaları baha qiymətə satanlar saxlanıldı - FOTO

Naxçıvanda qadınlara lotereyaları baha qiymətə satan şəxslər saxlanılıb.

Bakıvaxtı.az  xəbər verir ki, Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb.

"Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyyə olunur", - məlumatda qeyd olunub.

Faktla bağlı araşdırmalar davam edir. /Report


SON XƏBƏRLƏR

25 Aprel 2024