• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

21 il əvvəl ölən adamın adına cərimə gəldi - FOTOLAR

CƏMİYYƏT

01 Mart 2023 | 09:43

21 il əvvəl ölən adamın adına cərimə gəldi - FOTOLAR

Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə protokolu tərtib olunub.

Bakıvaxtı.az xəbər verir ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı "VAZ-21063" markalı avtomobil texniki baxışdan keçirilmədiyinə görə kamera vasitəsilə 50 manat məbləğində cərimə olunub. Cərimə protokolu 2022-ci ildə dünyasını dəyişən Namazov Oktay Muxtar oğlunun adına göndərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  açıqlamasında bildirib ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxış müddəti bitdiyi üçün xüsusi texniki vasitə tərəfindən avtomatik olaraq cərimələnib. Hal üzrə araşdırma aparılıb və məlum olub ki avtomobil idarə edən şəxsin etibarnamə müddəti bitdiyindən avtomatik cərimə avtomobil sahibinə yönləndirilib. Hazırda avtomobilin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. /Unikal
 


21 il əvvəl ölən adamın adına cərimə gəldi - FOTOLAR21 il əvvəl ölən adamın adına cərimə gəldi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR