• Bakı 14° C

    1.94 m/s

Lukaşenko NATO-nu hədələdi

DÜNYA

15 Avqust 2024 | 16:35

Lukaşenko NATO-nu hədələdi

Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nu hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BelTa" məlumat yayıb.

Lukaşenko bildirib ki, NATO sərhədi pozan kimi cavab dərhal veriləcək.

“Biz eskalasiya və NATO-ya qarşı müharibə istəmirik. Amma bunu edərlərsə və bunun üçün gedirlərsə, bizim başqa seçimimiz olmayacaq. “Qırmızı xətlər” olmayacaq”, - deyə Belarus lideri deyib.

O əlavə edib ki, yeganə qırmızı xətt dövlət sərhədi xəttidir və Minsk sərhəd təxribatları zamanı artıq fəaliyyət alqoritmini hazırlayıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR