• Bakı 20° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Macarıstanın Ukrayna siyasəti: Avropa İttifaqı və NATO üçün yeni çağırışlar

DÜNYA

12 Sentyabr 2025 | 09:42

Macarıstanın Ukrayna siyasəti: Avropa İttifaqı və NATO üçün yeni çağırışlar

“Döyüş meydanında qələbə mümkün deyil, münaqişə yalnız danışıqlarla dayandırıla bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarton Ukrayna müharibəsi ilə bağlı danışarkən deyib.

Onun bu açıqlaması Qərb paytaxtlarında geniş müzakirələrə səbəb olub. Bu mövqe, xüsusilə Aİ və NATO daxilindəki mövcud fikir ayrılıqlarını üzə çıxarır.

Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Macarıstanın mövqeyi, xüsusilə Şərqi Avropa ölkələrinin sərt mövqeyi ilə ciddi ziddiyyət təşkil edir. Polşa və Baltik ölkələri Rusiyaya qarşı maksimum təzyiqin tərəfdarıdır, Macarıstan isə dialoqa üstünlük verir. Bu, Aİ-nin yekdil qərar qəbul etməsini çətinləşdirir. Nəticədə, Avropa daxilində həmrəyliyin zəifləməsi riski ortaya çıxır.

Müsahibimz qeyd edib ki, NATO üzvlərinin böyük əksəriyyəti Ukraynaya hərbi dəstəyi davam etdirməyi zəruri hesab edir:

“Macarıstanın fərqli mövqeyi isə alyans daxilində koordinasiyanı zəiflədir. Bu, Rusiya üçün də siyasi fürsət yaradır, çünki Qərbin yekdil mesajı parçalanmış görünür. Nəticədə, NATO daxilində strateji sinxronluq zərbə ala bilər”.

Züriyə Qarayeva:  Polşa və Baltik ölkələri Rusiyaya qarşı maksimum təzyiqin tərəfdarıdır, Macarıstan isə...

Onun sözlərinə görə, Budapeşt uzun illərdir enerji asılılığı səbəbindən Moskva ilə yaxın əlaqələr saxlayır. Politoloq deyib ki, Ukrayna məsələsində yumşaq mövqe tutması bu münasibətlərin davamına xidmət edir. Macarıstanın mövqeyi, Qərbdə Kremlin maraqlarına uyğun siyasət kimi görülür. Lakin rəsmi Budapeşt bunu milli maraqların qorunması ilə əsaslandırır.

Züriyə Qarayeva hesab edir ki, Macarıstan Aİ və NATO daxilində müəyyən təcrid vəziyyətinə düşə bilər:

“Çünki onun siyasəti kollektiv qərarlarla uyğunlaşmır. Lakin eyni zamanda, Macarıstan vasitəçi dövlət imicini də qazana bilər. Bu isə gələcək sülh proseslərində Budapeştin rolunu artıra bilər”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

11 Sentyabr 2025