• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Magistr təhsili alanların sayı azalır - Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR

CƏMİYYƏT

30 Yanvar 2023 | 17:21

Magistr təhsili alanların sayı azalır - Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR

Magistr pilləsinə qəbul imtahanlarının başlamasına az qalır. Ötən il imtahanlara xeyli bakalavr qatılsa da, ancaq birinci mərhələdə nəticə elə də ürəkaçan olmamışdı.

Bu il magistr pilləsinə qəbul imtahanlarında durum necədir?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, atıq bir neçə ildir magistratura pilləsinə qəbul imtahanları yalnız məntiq, informatika və xarici dil bacarıqlarının yoxlanması ilə həyata keçirilir: “Amma bir neçə il öncə magistratura pilləsinə imtahanda iştirakçıların həm də ixtisas bilikləri yoxlanılırdı”.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavr və magistrların imtahana daha yaxşı hazırlaşması üçün davamlı olaraq sınaq imtahanlarının keçirildiyini xatırladan ekspert qeyd edib ki, sınaq imtahanlarının qiyməti 2016-cı ildən ciddi şəkildə artıb: “Sınaq imtahanlarının qiyməti əvvəl 3 manat idisə indi 50 manatdır. Biz rəqəmlərə baxanda görürük ki, son illər ərzində sınaq imtahanlarında iştirak edənlərin sayı 2016-ci il ilə müqayisədə dəfələrlə aşağı düşüb. Ötən bazar günü sınaq imtahanı keçirildi. Tələbələrin yadlarında qalan suallara əsasən deyə bilərik ki, bir neçə sual təkrar olub. Xüsusən də informatika və məntiqdən işlənmiş suallar düşmüşdü”.

Onun sözlərinə görə, sualların məzmun və strukturu baxımından demək olar ki, çətin tipli suallar çox deyildi: “Hazırlıqlı abituriyentlərin birini digərindən fərqləndirmək üçün müxtəlif tipli açıq, qapalı və stuasiya tipli suallardan istifadə olunmuşdu. Məzmun baxımdan da deyə bilərik ki, heç bir sual ali təhsil müəstəhsil müəssisələrindı keçirilən fənlər üzrə təşkil olunmayıb. İnformatika və xarici dil ali təhsil müəssisələrində bu qədər dərindən keçirilmir. İmtahanda uğur əldə etmək üçün iştirakçılar mütləq hazırlıq kursları və fərdi müəllimlərə müraciət etməlidirlər”.

“Ümumilikdə, qeyd edim ki, Azərbaycanda magistr təhsili alanların sayı ildən ilə azalır. Bunun əsas səbəbi bir çox universitetin keyfiyyətli ali təhsil verməməsi ilə bağlıdır”, - deyə Kamran Əsədov əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR