• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Azərbaycanda mal əti bahalaşdı

CƏMİYYƏT

01 Mart 2023 | 16:49

Azərbaycanda mal əti bahalaşdı

Biləsuvar rayonunda mal ətinin satış qiyməti qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, artıq bir neçə gündür ki, mal əti bahalaşıb.

Satıcıların sözlərinə görə, bazarda mal ətinin qiymətində 1-2 manat artım var: "İndi mal ətinin 1 kq-ın 13-14 manata satırılır. Əvvəl isə ətin qiyməti 12 manat idi".

Buna səbəb kimi diri mal-qaranın qiymətinin qalxması göstərilir.

Diri mal-qara satıcıları isə deyir ki, rayonda yem bahalaşdığı üçün bu da öz növbəsində diri heyvanların qiymətinə təsir edib: "Hazırda quru yonca bağlamasının qiyməti 6-7 manat arasında dəyişir. Amma keçən il bu qiymət 4-5 manat idi".

Həmçinin satıcıların sözlərinə görə, quzu ətinin qiyməti isə təxminən 1 ay öncə qalxıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR