• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

CƏMİYYƏT

31 Mart 2023 | 15:31 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

Bu il aprelin 3-də Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Verilən məlumata görə, forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur. ​​​​​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026