• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Operativ Qərargah LƏĞV OLUNUR? - AÇIQLAMA

CƏMİYYƏT

31 Mart 2023 | 16:37

Operativ Qərargah LƏĞV OLUNUR? - AÇIQLAMA

Məlum olduğu kimi, mayın 1-dən Azərbaycanın quru sərhədlərinin açılacağı ehtimal olunur.

Qeyd edək kii, artıq ölkədə pandemiya zamanı qoyulan bütün qadağalar aradan qaldırılır.

Maraqlıdır, qadağalar aradan qalxırsa, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ləğvi düşünülə bilərmi?

Millət vəkili Razi Nurullayev Bakıvaxtı.az-a bildirib ki, əgər Azərbaycanda COVID-19-la bağlı digər qadağalar da aradan qalxsa, eyni zamanda pandemiyanın bitdiyi elan olunarsa, Operativ Qərargahın hələ bir müddət də saxlanıla bilər:

“Çünki proseslərin hansı yöndə gedəcəyi, yeni pandemiya növlərinin ortaya çıxmayacağı ilə bağlı məsələlər dəqiqləşdirilməlidir. Bəlkə də payız aylarında Operativ Qərargahın buraxıldığı elan oluna bilər”.

Onun sözlərinə görə, bundan əlavə, Operativ Qərargahın ləğv olunub-olunmaması o qədər də önəmli deyil.

“Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın saxlanılması dövlət üçün elə də xərc və ya yük daşımır. Əsas olan odur ki, pandemiya bitsin və dövlətin də belə bir qurumu yaratmağa və ya saxlamağa ehtiyacı olmasın. Vacib olan budur”, - deyə Razi Nurullayev əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 27 fevral 2020-ci ildə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılıb. Operativ Qərargahda aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxsləri təmsil olunurlar.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

28 Mart 2024