• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bu avtomobillər üçün kredit faizləri azaldılsın - HÖKUMƏTƏ ÇAĞIRIŞ

CƏMİYYƏT

31 Mart 2023 | 15:45

Bu avtomobillər üçün kredit faizləri azaldılsın - HÖKUMƏTƏ ÇAĞIRIŞ

“Nazirlər Kabinetinin müvafiq qərarı ölkədə avtoparkın yenilənməsi və ekoloji durumun dəyişməsi istiqamətində atılmış çox mühim bir addımdır. Ümid edirəm ki, bu addımın ardınca yaxın aylarda yeni avtomobillərin təşviqatı üçün kredit faizlərinin 50 faizdən 10-20 faizə düşməsini görərəcəyik”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktor Eyyub Əliyev Nazirlər Kabineti zavod buraxılış tarixinə görə yaşı 10-dan çox olan avtomobillərin Azərbaycana gətirilməsi məhdudlaşdırılması ilə bağlı qərarını şərh edərkən bildirib.

O qeyd edib ki, hazırda elektrik və hibrid avtomobilləri üçün kredit faizləri 10-20 faiz arasında dəyişir: “Bu münasibətin benzin və dizel yanacaqla işləyən yeni avtomobillərə də tədbiq edilməsi arzuolunandır”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR