• Bakı 22° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.8212

    RUB - 0.0208

Bakı metrosunda sərnişin xlor dağıtdı - YENİLƏNİB

CƏMİYYƏT

31 Mart 2023 | 16:44

Bakı metrosunda sərnişin xlor dağıtdı - YENİLƏNİB

"Bakı Metropoliteni"ndən Bakıvaxtı.az-a bildirilib ki, daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

"Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur", - deyə məlumatda qeyd olunub. 

 

15:32

"Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

Bu barədə Bakıvaxtı.az-a qurumdan bildirilib.

Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.


SON XƏBƏRLƏR

07 Iyun 2023