• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İmişli regional ədliyyə idarəsində mart soyqırımı qurbanları anıldı - FOTO

CƏMİYYƏT

31 Mart 2023 | 15:39

İmişli regional ədliyyə idarəsində mart soyqırımı qurbanları anıldı - FOTO

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, öncə regional idarənin rəisi İsgəndər Orucov qanlı faciənin tarixi haqqında çıxış edib. Qeyd olunub ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım aktı törədilib.

Bu faciədə baş vermiş kütləvi qətliam sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla yanaşı, ən ağır beynəlxalq cinayət sayıldığı, həmçinin işğalçı düşmənin ötən dövrdə törətdiyi hərbi təxribatlar, dinc əhaliyə qarşı qəddarlıq erməni faşizminin təzahürü olduğu barədə kollektivə geniş məlumat verilib. O cümlədən faciə ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən hər il soyqırım qurbanlarının xatirəsi yad edildiyi və nazirliyin bütün sturuktur qurumlarında müxtəlif silsilə tədbirlər təşkil edildiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, bu qanlı faciəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 28 mart 1998-ci il tarixli “azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciə öz hüquqi-siyasi qiymətini alıb və tarixi yaddaşımız bərpa olunub.

Sonradan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad edərək, şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldığı, onların qanının yerdə qalmadığı, Azərbaycan xalqının bu soyqırımı heç zaman unutmayacağı, dəhşətli faciə qurbanların ruhunun hər zaman uca tutulacağı vurğulanıb.

Sonda faciə ilə bağlı videoçarx izlənilib və soyqırım qurbanlarının, vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


SON XƏBƏRLƏR

24 Aprel 2024