• Bakı 30° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: ... xaric olunacaqlar

CƏMİYYƏT

18 Iyul 2024 | 14:50

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: ... xaric olunacaqlar

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

"Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər", - deyə DİM-dən bildirilib..

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.


SON XƏBƏRLƏR

11 Iyul 2025