Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 halda yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 partlayışa çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla, ümumilikdə 8 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.



jpg-1726476967.webp)
jpg-1726476666.webp)


jpg-1726472807.webp)





jpg-1726468441.webp)

