• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Manat UCUZLAŞACAQ?: gələn il... - VACİB MƏLUMAT

İQTİSADİYYAT

10 Sentyabr 2024 | 15:54

Manat UCUZLAŞACAQ?: gələn il... - VACİB MƏLUMAT

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib.

Bakıvaxtı.azxəbər verir ki, "ING Group" 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 1,1%-dən 2,2%-ə kimi artırıb.

Bu rəqəmlərin artması isə cəmiyyətdə sualları artırır:inflyasiya faizi artırsa, dolların məzənnəsinin qalxması ehtimalı var?

Natiq Cəfərli: Manatın ucuzlaşması gözləniləndir

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatında inflyasiya faizi ilə dolların məzənnəsi arasında birbaşa əlaqə yoxdur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında dolların məzənnəsi inzibati qaydada tənzimlənir. Bu məsələ ilə bağlı yekun qərarı Mərkəzi Bank və hökumət müştərək formada qəbul edir. Ekspert bildirib ki, inflyasiya və neftin dünya bazarındakı qiyməti dolların məzənnəsinə, ümumiyyətlə, valyutaya təsir etsə də, bu hal dolayı yolla baş verir:

“Bu da o deməkdir ki, bizdə məzənnə bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq müəyyənləşdirilmir".

N.Cəfərli vurğulayıb ki, bu barədə veriləcək qərarı gözləməliyik:

"Düşünürəm ki, gələn ildən məzənnə dəyişikliyi ilə bağlı hadisələrin şahidi ola bilərik. Yəni, manatın digər pul vahidləri qarşısında ucuzlaşması halı baş verə bilər".

Əli Hüseynov


SON XƏBƏRLƏR