• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Marsda "hörümçək" maddə qrupu müşahidə edildi

CƏMİYYƏT

26 Aprel 2024 | 10:37

Marsda "hörümçək" maddə qrupu müşahidə edildi

Bahar günəşinin Marsın səthində yaratdığı istilik nəticəsində ortaya çıxan yüzlərlə hörümçəyə bənzər maddə şüaları çəkilib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən bildirir ki, Avropa Kosmik Agentliyinin (ESA) internet saytında paylaşılan xəbərə görə, yaz aylarında temperaturun artmasının səbəb olduğu hadisə Mars torpağında yüzlərlə hörümçəyə bənzər maddə qrupunun görünməsinə səbəb olub.

Yüksək təzyiq altında səthə fışqıran və yerə yayılan eni 45 metrdən 1 kilometrə qədər olan bu maddə şüalarının formaları "hörümçək"lə müqayisə edilib.

Bu “hörümçəklərin” günəş şüalarının Mars torpağındakı karbon qazlı buzunu əridib qaza çevirməsi ilə əmələ gəldiyi və bu qazla yerdə his kimi müxtəlif tünd rəngli maddələrin meydana gəldiyi açıqlandı. Görüntülər ESA-nın Qaz İzləmə Peyki (TGO) və Mars Express peyki tərəfindən çəkilib.

Ay Tac


Marsda "hörümçək" maddə qrupu müşahidə edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026