• Bakı 25° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Maskın şirkətləri "Apple", "OpenAI" şirkətilərinə qarşı iddia qaldırıblar

DÜNYA

26 Avqust 2025 | 00:46

Maskın şirkətləri Apple, OpenAI şirkətilərinə qarşı iddia qaldırıblar

İlon Maskın "xAI" və "X" şirkətləri "Apple Inc" və "OpenAI" şirkətlərini gizli sövdələşmədə və haqsız rəqabətdə ittiham edərək məhkəməyə verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Texas ştatının Şimal Dairə Məhkəməsində "Grok" çat-botun tərtibatçısı xAI şirkəti və sosial şəbəkə X tərəfindən qaldırılan iddiada deyilib.

Bildirilib ki, "Apple"ın "OpenAI" şirkətinə məxsus "ChatGPT" proqramını "iPhone" əməliyyat sisteminə inteqrasiya etmək qərarı azad rəqabətə xələl gətirir və istehlakçıları seçim hüququndan məhrum edir.

Sənəddə qeyd olunub ki, Apple və OpenAI smartfonlar və generativ süni intellekt bazarlarında inhisar mövqelərini saxlamaq üçün gizli sövdələşmələyə giriblər.


SON XƏBƏRLƏR

25 Avqust 2025