• Bakı 16° C

    2.04 m/s

Türkiyədə bələdiyyə sədri həbs olundu

DÜNYA

24 Sentyabr 2025 | 22:58 | Müəllif: Subhan Mahmudov

Türkiyədə bələdiyyə sədri həbs olundu

Türkiyədə hüquq-mühafizə orqanları korrupsiya işi çərçivəsində Kırıkkale vilayətinin Yahşihan bölgəsinin bələdiyyə sədri Ahmet Sunquru həbs edib.

Bakıvaxtı.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür.

Sunqurla yanaşı onun müavini, keçmiş bələdiyyə sədrinin müavini, şəhərsalma şöbəsinin müdiri, bələdiyyənin sabiq rəhbəri və bir iş adamı da istintaq təcridxanasına yerləşdirilib. Ümumilikdə 5 nəfər saxlanılıb.

Hadisədən sonra AKP Mərkəzi İcraiyyə Komitəsi məsələni partiyanın Mərkəzi İntizam Komissiyasına göndərib və Sunqurun partiyadan xaric edilməsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, eyni istintaq çərçivəsində bu ilin 27 may və 19 avqust tarixlərində Yahşihanın keçmiş meri Osman Türkyılmaz və digər şəxslər də saxlanılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR