• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Mayk Tayson  Ceyk Pola MƏĞLUB OLDU

İDMAN

16 Noyabr 2024 | 09:41

Mayk Tayson  Ceyk Pola MƏĞLUB OLDU

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, Texas ştatının Arlinqton şəhərindəki AT&T arenasında təşkil olunan döyüşdə hakimlərin qərarı ilə Ceyk Pol qələbə qazanıb.

Qarşılaşma 8 raunddan ibarət olub.

Qeyd edək ki, peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20,8 milyon izləyicisi var.


SON XƏBƏRLƏR

18 Aprel 2025