Fransanın "Sent-Etyen" klubu baş məşqçisi Olivye Dall'Oqlionu istefaya göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni məşqçi təyin olunana qədər komandanı klubun akademiyasının direktoru Loran Huard çalışdıracaq.
Olivye Dal'Oglio 2023-cü ilin dekabrından "Sent-Etyen"in baş məşqçisi idi. Ötən mövsümü "yaşıllar" onun rəhbərliyi altında Liqa 2-ni 3-cü pillədə başa vuraraq Liqa 1-ə vəsiqə uğrunda pley-offda "Metz"i keçib.
Hazırda isə 13 xalı olan komanda 18 komanda arasında 16-cıdır.