2026-cı ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 14,6 mln. manat vəsait ödənilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə 0,5 mln. manat və ya 3,2% çox vəsait xərclənib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 14,1 mln. manat vəsait ödənilib.
Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,04 mln. manat və ya 0,3% çoxdur.
Bakı 




