• Bakı 18° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

MEDİA-nın jurnalistlər üçün keçirdiyi təlimlər yekunlaşdı - FOTOLAR

MEDİA

21 Noyabr 2022 | 13:18

MEDİA-nın jurnalistlər üçün keçirdiyi təlimlər yekunlaşdı - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindən jurnalistlərə “Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Ramid İbrahimov


SON XƏBƏRLƏR