• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"Torpağımızın və sərvətlərimizin daim keşiyindəyik" - MEDİA könüllüsü

MEDİA

16 Dekabr 2022 | 17:15

"Torpağımızın və sərvətlərimizin daim keşiyindəyik" - MEDİA könüllüsü

"Xankəndi-Laçın yolunda ekoaktivistlərimizin keçirdikləri dinc aksiyanı mediadan izləyəndə orada olub həmin ab-havanı hiss etməyi, bu əhəmiyyətli hadisənin tərkib hissəsi olmağı çox istəyirdim. Çox qürurluyam ki, MEDİA könüllüsü olaraq aksiyada iştirak etmək mənə də qismət oldu".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən MEDİA könüllüsü Gülyetər Mahmudova bildirib.

"Səhər saat 6-da yola çıxdıq. Yolboyu Şuşaya getdiyimiz üçün hamımız yüksək əhval-ruhiyyədə idik. Avtobuslardan düşdük və gecədən yatmayan aksiya iştirakçıları gedib çay içsin deyə onları əvəz etdik. 

Biz - Azərbaycan gəncləri Rusiya sülhməramlılarının müvəqqəti fəaliyyət göstərdiyi Azərbaycan ərazilərində Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edirik. Bu səbəbdən #Stopekoterrorizm #stopekovandalizm kimi şüarlar səsləndirdik. Eyni zamanda, Azərbaycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarında azərbaycanlı mütəxəssislərin monitorinq və qiymətləndirmə aparmasına şərait yaradılmasını əsas tələb kimi irəli sürdük. Qışqırmaqdan səsimiz tutulsa da, etirazımızı bildirməyə davam edirdik. Televiziyalar daim çəkilişlər aparır və haqlı tələblərimizi işıqlandırırdı. Günün sonuna doğru artıq hava soyumağa başladığı üçün tonqal qalayır, öz torpaqlarımıza dönüşün haqlı qürurunu yaşayırdıq", - deyə G.Mahmudova bildirib.

MEDİA könüllüsü əminliklə qeyd ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı aksiya müsbət nəticəsini verəcək: "Azərbaycan gənci olaraq torpağımızın və sərvətlərimizin daim keşiyindəyik".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026