• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MEDİA tələbələrə seminar keçirib - FOTOLAR

MEDİA

16 Dekabr 2022 | 15:32

MEDİA tələbələrə seminar keçirib - FOTOLAR

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan 60-a yaxın tələbə üçün kommunikasiya üzrə beynəlxalq təcrübəyə malik Tatyana Ravallinin iştirakı ilə “Yeni media mühiti və rəqəmsal kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, seminar müddətində texnoloji təkamülün media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, media platformaları üzrə statistik göstəricilər və bu rəqəmlərin ənənəvi kommunikasiya formalarına təsiri kimi mövzulara toxunulub.

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ramid İbrahimov


MEDİA tələbələrə seminar keçirib - FOTOLARMEDİA tələbələrə seminar keçirib - FOTOLARMEDİA tələbələrə seminar keçirib - FOTOLARMEDİA tələbələrə seminar keçirib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026