• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MEDİA həyatə keçirdiyi tədbirləri AÇIQLADI

MEDİA

12 Yanvar 2023 | 12:34

MEDİA həyatə keçirdiyi tədbirləri AÇIQLADI

Medianın İnkişafı Agentliyi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində gördüyü tədbirləri açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfranasında bu qurumun İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, peşəkar jurnalistika üzrə 400 nəfərin, sahəvi jurnalistika üzrə 400 nəfərin, həmçinin dövlət qurumlarının mətbuat xidmətləri üçün 60 nəfərin iştirakı ilə təlimlər keçirilib. 

“Onlayn təlim platformasında daha geniş auditoriya və çoxşaxəli mövzularda təlimlər keçirilib. “Eduaz.com” platformasının proqram təminatı hazırlanıb. Anadolu Agentliyi tərəfindən təlimlərin video kontentinin hazırlanması prosesi yekunlaşmaq üzrədir”, - deyə İcraçı direktor Əhməd İsmayılov bildirib.  


Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026