• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

İndiyədək 190-a yaxın jurnalistin adı Media Reyestrinə daxil edildi

MEDİA

30 Yanvar 2023 | 16:08

İndiyədək 190-a yaxın jurnalistin adı Media Reyestrinə daxil edildi

İndiyədək Media Reyestrinə 181 media subyekti daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva  deyib.

Səidə Şəfiyeva bildirib ki, həmçinin, jurnalistlərdən 190-a yaxın jurnalistin adı reyestrə daxil edilib.

Onun sözlərinə görə, media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.


SON XƏBƏRLƏR

18 Mart 2024