• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Kamil Balakişiyev "Space"dən ayrıldı

MEDİA

20 Fevral 2023 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

Kamil Balakişiyev "Space"dən ayrıldı

Kamil Balakişiyev "Space" TV-dən ayrılıb.

Bakıvaxtı.az xəbətr verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

K.Balakişiyev bu gündən etibarən "Space" TV-dən öz qərarı ilə işdən ayrıldığını qeyd edib:

""Space" Tv-yə kanalın keçmiş direktoru Müşfiq Hətəmovun dəvəti əsasında gəlmişdim. Fəaliyyət göstərdiyim 3 ay müddətində mənə göstərilən etimadı doğrultmağa çalışdım. Doğrultdummu?!"

Onun sözlərinə görə, "Space" Xəbər olaraq, son 3 ay ərzində Televiziyalar arasında 3-cü pilləyə yüksəliblər.

"Eyni zamanda, "Space" xəbərin formatında yenə də komanda olaraq, bir sıra yeniliklər etməyə çalışdıq. Gündəmə uyğun olaraq, xəbərləri "Space"in mətbəxində operativ hazırlayıb, tamaşaçılara çatdıra bildik. Mənə göstərilən yüksək etimada görə, Müşfiq Hətəmova xüsusi təşəkkürümü bildirirəm. "Space" xəbərin bütün kollektivinə, (Redaktorlar, müxbirlər,operatorlar, montajorlar, SMM xidməti,Efir rejissorları,İT xidmətinin ) bir sözlə, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm!", - deyə paylaşımda qeyd olunur.

Qeyd edək ki, Kamil Balakişiyev "Space" TV-də Xəbərlər sidmətinin rəhbərinin müavini vəzifəsində çalışıb.

Aytac Aslan


Kamil Balakişiyev "Space"dən ayrıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR