• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Onlayn media subyektləri üçün sosial media niyə lazımdır? - AÇIQLAMA

MEDİA

23 Yanvar 2023 | 12:07

Onlayn media subyektləri üçün sosial media niyə lazımdır? - AÇIQLAMA

“İnformasiya agentliklərinin və xəbər portallarının sosial mediaya üz tutmasının əsas səbəbi böyük oxucu kütləsi qazanmaq və kommersiya marağının olmasıdır”.

Bakıvaxtı.az xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimdə Böyük britaniyalı jurnalist, təlimçi Kolin Gibson bildirib.

O qeyd edib ki, onlayn media subyektləri sosial media vasitəsilə geniş auditoriyaya çıxış əldə etməklə yanaşı ənənəvi mediadan fərqli olaraq sifarişçiyə ucuz reklam təklif edirlər. Onun sözlərinə görə, televiziya kanallarının yayım şərtləri və qəzetin çap xərcləri reklam ödənişinin qiymətini artırır, həmçinin ənənəvi mediada reklamın hədəf kütləsinə çatması qeyri-müəyyəndir.

"Onlayn media subyektləri isə sosial media hesablarında reklamı ucuz yayımlayırlar və məhsul barədə hədəf kütləsinə reklamı çatdırırlar. Burdan həm onlayn media subyekti, həm də reklamverən qazanır”, - deyə Kolin Gibson qeyd edib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024