• Bakı 19° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Rəqəmsal jurnalistika” kursunun iştirakçıları təltif olunub - FOTOLAR

MEDİA

24 Yanvar 2023 | 21:15

“Rəqəmsal jurnalistika” kursunun iştirakçıları təltif olunub - FOTOLAR

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” təlimlərinin birinci qrup iştirakçıları sertifikatlarla təltif olunub. 

Bakıvaxtı.az xəbər verir ki, 23-24 yanvar 2023-cü il tarixlərində keçirilən təlim müvəfəqqiyətlə başa çatıb. 

Təlimçi “Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimlərdə “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Qibson olub.

O, iştirakçılara “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Rəqəmsal jurnalistika” təlimlərinin ikinci qrup iştirakçıları üçün təlim 25-26 yanvar 2023-cü il tarixlərində keçiriləcək.  

“Rəqəmsal jurnalistika” təlim proqramının əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

Ramid İbrahimov


SON XƏBƏRLƏR