• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

MEDİA beynəlxalq əlaqələri gücləndirir

MEDİA

12 Yanvar 2023 | 12:14

MEDİA beynəlxalq əlaqələri gücləndirir

“Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə “E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransında bu qurumun İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib, Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub.

Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri daxil olmaqla ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşa şəhərində “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forum keçirilib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

28 Mart 2024