• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

MEDİA-nın İKİ İLİ: Jurnalistlər nə düşünür?

MEDİA

12 Yanvar 2023 | 14:10

MEDİA-nın İKİ İLİ: Jurnalistlər nə düşünür?

Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından iki il ötür.

Bakıvaxtı.az xatırladır ki, Agentlik 2021-ci il yanvarın 12-də Prezident İlham Əliyevin fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb.

Həmkarlarımız arasında MEDİA-nın iki illik fəaliyyəti ilə bağlı sorğu keçirdik.

"Bizim.media" saytının əməkdaşı Səkinə Yusiblibildirib ki, Azərbaycanda medianın inkişafı və müasir standartlara, jurnalistikanın həqiqi prinsiplərə uyğunlaşdırılması üçün mühüm işlər həyata keçirilir: "Məhz buna görə də 2 il öncə cənab Prezident İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyinin fəaliyyətinə start verildi. Bu az müddətdə çox işlər, uğurlar qazandığını deyə bilərik. 2 il ərzində MEDİA tərəfindən keçirilmiş ADA universiteti ilə birgə keçirilən təlimlər jurnalistlər, redaktorlar, mətbuat xidmətlərinin rəhbərləri üçün medianın müasir tendensiyalarını öyrənmək, problemləri həll etmək istiqamətində çox əhəmiyyətli rol oynayıb".

Onun sözlərinə görə, media subyektlərinə ayrılan maddi yardım, keçirilən müsabiqələr jurnalistlərdə araşdırmalar aparmağa, qələmini daha kəskin etməyə daha da stimul verir.

"Ümid edirik ki, MEDİA bundan sonra da jurnalistika etikasının, prinsiplərinin gözlənilməsində, jurnalistlərin inkişafı, işlərinin daha da təkmilləşdirilməsi üçün yeni layihələr həyata keçirəcək. Məsuliyyətli və bir o qədər də şərəfli bu yolda bütün MEDİA əməkdaşlarını təbrik edir, uğurlar arzulayıram”.

"Unikal.az"ın əməkdaşı Gülayə Məcidqeyd edib ki, iki illik fəaliyyəti dönəmində MEDİA-nın həyata keçirdiyi yeniliklər təqdirəlayiqdir.

"KİV-in inkişafı sahəsində yeni tendensiyalarla çıxış edən MEDİA-nın dəstəyi yüksək səviyyədədir. Belə ki, mütəmadi olaraq, jurnalistlər üçün müxtəlif təlimlər, müsabiqələr və proqramlar təşkil edən MEDİA bu gün inkişaf mərhələsinin ən yüksək pilləsindədir. Bu sahədə çalışan bütün həmkarlarımıza uğur diləyirəm!”

"Mətbuat.az"ın əməkdaşı Gülər Seymurqızı 2 ildə ​Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün təşkil etdiyi təlimlərdə iştirak etdiyini deyərək, Agentliyin media nümayəndələri üçün bu addımını yüksək qiymətləndirir.

"Xüsusilə xarici jurnalistlərin təcrüblələrini bölüşmələrini qeyd etmək istəyirəm. Düşünürəm ki, bu yöndə atılan addımlar uğurludur və bu, davam edəcək”.

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd də MEDİA-nın 2 illik fəaliyyətini yüksək qiymətləndirir: "Mətbuat cameəsi bilir ki, uzun illər idi, “KİV haqqında” qanuna əlavə və dəyişikliklər edilmirdi. Bu sahədə artıq boşluqlar yaranmağa başlamışdı. Çünki media canlı orqanizm kimidir, hər gün yenilənir, dəyişir. Medianın müxtəlif qolları yaranır, vətəndaş jurnalistikası formalaşıb, mətbuat sosial platformalara daşınıb. Yəni dünyanın müasir çağırışlarına cavab verən media mühitinə ehtiyac var idi. Artıq Medianın İnkişafı Agentliyi bütün yeniliklərin qanunla tənzimlənməsi üçün sözügedən layihəni ərsəyə gətirdi. Bu, böyük bir iş idi. Qanun layihəsinin tətbiqi reallaşdıqca, mətbuatda canlanmanın şahidi oluruq. Zaman var idi ki, “sarı mətbuat”, yəni bu sözü qəbul etməsəm də deyim, “reket jurnalistikası” qarşısıalınmaz hala gəlmişdi. Lakin yeni qanunla, hibrid mübarizə üsulları ilə həmin problem xeyli önlənib”.

Bundan əlavə, A.Əhməd diqqətə çatdırıb ki, MEDİA bu illər ərzində çoxsağlı mühüm təlimlər həyata keçirib: “Azərbaycan mətbuatının əsas problemlərindən biri də öz məhsulunu bazarlaya bilməməsidir. Lakin MEDİA-nın keçirilən son təlimində jurnalistlər öz məhsulunu bazarlaya bilməyin və reklam cəlb etməyin yollarını əxz elədi. Bundan başqa, MEDİA bir çox çap və onlayn KİV-lərə maliyyə yardımı edir. Bu da qəzet və saytlarda çalışan əməkdaşların sosial müdafiəsinin güclənməsində, redaksiyaların maddi-texniki bazalarının təmərküzləşməsində mühüm rola malikdir”. Həmkarımız qeyd edib ki, MEDİA yalnız mətbuat nümayəndələri deyil, sıravi vətəndaşların da informasiya savadlılığının artırılması istiqamətində işlər görür: “Dünyada real döyüş səngərləri ilə yanaşı, informasiya səngərləri də mövcuddur. İnformasiya savaşı dayanmır. Azərbaycan da dünyanın bir parçasıdır. Buna görə də, media savadlılığının artırılmasını müsbət addım hesab edirəm”.

Redaktor onu da əlavə edib ki, MEDİA həm də milli sayğac hazırlayıb: “Əvvəllər biz saytların reytinqini xarici sayğac olan “mediametrics.ru”dan öyrənirdik. MEDİA milli sayğac olan “metrix.az” hazırladı. İndi reytinqimizi milli sayğacımızda şəffaf şəkildə görə bilirik. Agentlik həm də qəzetlər üçün onlayn köşk yaradıb ki, bu da dünyadakı çağdaş tendensiyalara cavab verən addımdır. Bununla yanaşı, Agentliklə jurnalist yetişdirən universitetlər arasında əməkdaşlıq memorandumları imzalanıb. Bütün bunlar tələbə mübadiləsində, qarşılıqlı əməkdaşlıqda, Jurnalistika fakültəsini bitirən tələbələrin mediaya inteqrasiyasında böyük yardım olub. Eyni zamanda media reyestrinin hazırlanması və jurnalistlərə vəsiqələrin paylanması bu sahədə aparılan saflaşma və sağlamlşamanın aydın təzahürüdür. Daha hər yoldan ötən cibindən vəsiqə çıxarıb, şantajla məşğul ola bilməyəcək. “Jurnalist” tanıyıram ki, cibində 8 vəsiqə gəzdirir. Sağlamlaşma, təmizləmə aparılır və bu vacibdir. Jurnalist MEDİA-dan gözləntilərini də dilə gətirib: “Düşmənin xarici informasiya blokadasını yarmaq üçün xaricidilli media çətirinin formalaşmasına ehtiyac var. Ümid edirəm ki, bu istiqamətdə işlər görüləcək. Sonda qeyd edim ki, jurnalistləri maraqlandıran məsələlərdən biri də güzəştli ipotekanın verilməsidir. Mənə elə gəlir ki, MEDİA artıq bunun konturlarını işləyir. Bütün bunlar jurnalistlərin sosial şəraitinin yaxşılaşmasına xidmət edir”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

28 Mart 2024