• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Media vergidən azad ediləcək

MEDİA

12 Yanvar 2023 | 12:34

Media vergidən azad ediləcək

Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi üzərində işlər aparılır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfranasında bu qurumun İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, bununla bağlı qanun layihəsi hazırlanıb.

"Qanun layihəsinə əsasən media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad olunacaq. Həmçinin istehsal etdikləri media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad ediləcək" deyən Ə.İsmayılov bildirib ki, qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.

Ramid İsmayılov


SON XƏBƏRLƏR

26 Aprel 2024