• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

MEDİA-da tələbələrlə görüş keçirildi - FOTOLAR

MEDİA

11 Mart 2022 | 16:16

MEDİA-da tələbələrlə görüş keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə olub.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı tələbələr Agentliyin rəhbəri və əməkdaşları ilə tanış olaraq qurumun fəaliyyəti və media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat əldə ediblər.

İnteraktiv formada keçirilən görüşdə tələbələrin Agentliyin layihələri və fəaliyyət istiqamətləri, eyni zamanda media ilə bağlı digər mövzular ilə əlaqədar sualları cavablandırılıb.

Sonda Agentliyin İcraçı direktoru Əhməd İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, fəal gənclərin qurumun müxtəlif layihələrində və təcrübə proqramlarında iştirakının nəzərə alınacağını deyib.

Ramid İbrahimov  


MEDİA-da tələbələrlə görüş keçirildi - FOTOLARMEDİA-da tələbələrlə görüş keçirildi - FOTOLARMEDİA-da tələbələrlə görüş keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026