• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eynulla Fətullayev iki saytını bağladı - "Azərbaycan bazarından çəkiləcəyik"

MEDİA

02 Aprel 2022 | 20:23 | Müəllif: Qalib İbrahimoğlu

Eynulla Fətullayev iki saytını bağladı - "Azərbaycan bazarından çəkiləcəyik"

"Haqqin.az" saytının redaksiyası nəşrin Azərbaycan və ingilis formatında fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, 2013-cü ildən saytın rusdilli versiyası ilə yanaşı, azərbaycandilli versiyası - Virtual Azərbaycan və ingilisdilli “Azeri Daily” nəşr olunur.

Redaksiya qərarını şərh edən "haqqin.az" saytının rəhbəri Eynulla Fətullayev qeyd edib ki, bu, saytın regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla bağlıdır: “Tədricən regional gündəm milli gündəliyi əvəz edir. Biz regionumuzda çox böyük dəyişikliklər ərəfəsindəyik. Bundan əlavə, regionda gedən dinamik proseslərin işıqlandırılması oxucu kütləsinin daha çox marağına səbəb olur. Eyni zamanda, xüsusilə qeyd etməliyəm ki, "haqqin.az"ın oxucu kütləsinin təxminən yarısını xaricdəki internet istifadəçiləri təşkil edir".

"Biz postsovet məkanında informasiya təsirimizi və mövcudluğumuzu gücləndirmək niyyətindəyik" deyən E.Fətullayev bildirib ki, yeni strategiyaya əsaslanaraq, öz potensiallarını və maliyyə resurslarını "haqqin.az" saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəliblər.

Onun sözlərinə görə, yeni veb-sayt konsepsiyası üzərində də işlərə başlanılıb.

"Biz Azərbaycan bazarından tədricən çəkiləcəyik”, - deyə Eynulla Fətullayev vurğulayıb.

Nuranə Daxlqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026