• Bakı 21° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Məhkəmədən Əli Kərimli barəsində verilən şikayətlə bağlı QƏRAR

HADİSƏ

12 Sentyabr 2024 | 12:05

Məhkəmədən Əli Kərimli barəsində verilən şikayətlə bağlı QƏRAR

Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində verilən şikayətlə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə edilən müraciət icraata götürülüb.

Məhkəmə 19 sentyabr tarixində davam edəcək.

Qeyd edək ki, Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.


A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.


SON XƏBƏRLƏR