• Bakı 23° C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir

CƏMİYYƏT

18 Iyun 2025 | 18:41

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir

Hakimlərin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiqi, habelə həmin xidməti vəsiqələrin təqdim olunması vahid formada Məhkəmə-Hüquq Şurasına həvalə edilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd olunub ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsini ehtiva edir.


SON XƏBƏRLƏR

03 Iyul 2025