• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Məhsul" stadionunun vəzifəli şəxslərinə iş istənildi

HADİSƏ

27 May 2024 | 15:50

“Məhsul stadionunun vəzifəli şəxslərinə iş istənildi

“Məhsul” stadionunun Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və stadionun – “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin - Nadir Əliyev və Alik Həsənovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onların vəkilləri çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi iyunun 3-nə təyin edilib.

Təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024