• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Qara maskada quldurluq edənlər saxlanıldı

HADİSƏ

26 Iyun 2024 | 13:45

Qara maskada quldurluq edənlər saxlanıldı

İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.

Bu barədə Bakıvaxtı.az DİN-in mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    28 Sentyabr 2024