Meksikalı aktrisa və müğənni Tanya Mendosa ölkənin cənubundakı Kuernavaka şəhərində naməlum şəxslər tərəfindən güllələnib.
Bakıvaxtı.az-ın məlumatına görə, aktrisa aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Qeyd olunur ki, T.Mendosa stadionun qarşısında futbol məşqindən çıxan 11 yaşlı oğlunu gözləyərkən motosikletlə yaxınlaşan iki naməlum şəxs onu atəşə tutub. Cinaytkarlar hadisə yerindən uzaqlaşa biliblər.
Qeyd edək ki, Tanya Mendosa "Netflix" platformasında yayımlanan "Cənubun kraliçası" serialı ilə məşhurlaşmışdı.
















