• Bakı 15° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Məktəb yeməyindən ölü ilan tapıldı: 100-dən çox uşaq zəhərləndi

DÜNYA

02 May 2025 | 09:16

Məktəb yeməyindən ölü ilan tapıldı: 100-dən çox uşaq zəhərləndi

Hindistanın şərqində yerləşən Bihar ştatında məktəb yeməyindən ölü ilan tapıldıqdan sonra 100-dən çox uşaq zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Hadisə ilə bağlı Hindistan Milli İnsan Hüquqları Komissiyası (NHRC) tərəfindən araşdırma başladılıb.

NHRC-nin yaydığı məlumata görə, hadisə ştatın Mokama şəhərində baş verib. Təxminən 500 şagirdə pulsuz təqdim olunan günorta yeməyində ölü ilan aşkar edilib. Bildirilir ki, məktəb aşpazı ilanı yeməkdən çıxardıqdan sonra yeməyi servis etməyə davam edib.

Komissiyanın bəyanatında bu hadisənin insan hüquqlarının ciddi şəkildə pozulması ehtimalı olduğu vurğulanıb və ştat rəhbərliyindən uşaqların sağlamlıq vəziyyətini də əhatə edən ətraflı hesabatın iki həftə ərzində təqdim olunması tələb edilib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR